1 milyona yaxın avtomobil geri qaytarılır


“Ford” korporasiyası bütün dünya üzrə 953 min avtomobilini geri çağırır. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, həmin maşınlarda Yaponiyanın “Takata” şirkətinin nasaz təhlükəsizlik yastıqları quraşdırılıb. “Ford” yeni təhlükəsizlik yastıqlarını pulsuz yerləşdirəcək. Geri çağırılan avtomobillər arasında 2010-cu il istehsalı olan “Ford Edge” və “Lincoln MKX” krossoverləri, 2010-2011-ci il istehsalı olan “Ford Ranger” pikapları və 2010-2014-cü il istehsalı olan “Ford Mustang” sedanları var. Qaytarılan maşınların 780 mini ABŞ ərazisində satılıb.  Xatırladaq ki, “Takat” ötən il yanvarın 8-də bütün dünya üzrə avtomobillərdəki 3,3 milyon ədəd təhlükəsizlik yastığının qaytarılmasını elan etmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top