İrlandiyada selfi çəkdirən tələbə öldü


İrlandiyada 20 yaşlı tələbə uçurum kənarında selfi çəkən zaman yıxılaraq ölüb.

Gənc Kler qraflığının Moxer uçurumundan yıxılıb.

Şahidlərin sözlərinə görə, o əlində telefon ilə sürüşərək uçuruma düşüb. Polis ölən şəxsin Dublində təhsil alan Hindistan vətəndaşı olduğunu müəyyən edib.

Qeyd edək ki, uçurumların hündürlüyü 120 metrdən 214 metrə qədər çatır.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top