Gələn həftə üzük formalı kompüter siçanının təqdimatı olacaq - VİDEO


İsveçrənin “Padrone Design” şirkəti 8-12 yanvar arası baş tutacaq "CES 2019" istehlak elektronikası sərgisində “EasySMX Ring Mouse” adlı barmağa taxılan üzük formalı kompyuter siçanı təqdim edəcək.

Cihaz istənilən masanı sonsuz sensor panelinə çevirir.

Üzük toxunuşları təsbit etmək özəlliyinə sahibdir və masaüstü kompyuter siçanını əvəz edəcək.

Hazırda şirkət cihaz üçün vəsait yığımı həyata keçirir. Üzüyün alınması üçün minimal ödəmə 199 ABŞ dolları təşkil edir. Vəsait toplanmasının sonuna 18 gün qala tələb olunan 50 min dolların 48 mini toplanıb. (finans.az)

DİGƏR XƏBƏRLƏR

Top