Kürdəmirdə binada yanğın - 20 nəfər təxliyə edildi


Kürdəmirdə rayonunda yanğın qeydə alınıb.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan 4 otaqlı mənzilin 1 otağının tavanı 15 m² sahədə və çardağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top