Erməni hərbçilər qəzaya düşdülər

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Xocalı yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində xidmət edən iki hərbi qulluqçu yol-nəqliyyat hadisəsi nəticəsində yaralanıb.

Hərbi hissəyə məxsus avtomobil mülki nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hərbi avtomaşını idarə edən əsgərin ayağı sınıb. Onunla birlikdə olan Arsen adlı (soyadı gizlədilir) zabitin vəziyyəti ağır olduğundan təcili Xankəndi hərbi hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma başlayıb.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun hərbi hissələrindən birində xidmət edən Kyaj adlı hərbi qulluqçu isə xidmət yerinə qayıdarkən şəxsi avtomobili ilə qəza törədib. Hərbçinin yaxınlarının sosial şəbəkədə paylaşdıqları xəbərdə deyilir ki, hadisə nəticəsində ağır bədən xəsarətləri alan həmin şəxs Ağdərə hospitalına yerləşdirilib.

Azərtac bildirir ki, həkimlər onun hərbi xidmətə yararlı olub-olmayacağının müalicədən sonra müəyyənləşəcəyini deyirlər.

DİGƏR XƏBƏRLƏR

Top