Mingəçevirdə yeni təmir olunan məktəb binası istifadəyə verilib


Son illər Mingəçevirdə 10 məktəb binası əsaslı təmir olunub, 4 məktəb üçün yeni bina tikilib istifadəyə verilib. Yeniavaz.com xəbər verir ki, prosesin davamı kimi bu gün Mingəçevirdə əsaslı təmirdən sonra şagird və müəllimlərin istifadəsinə verilən 14 nömrəli məktəbə baxış keçirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimayyətinin nümayəndələri məktəbdə olublar.1974-cü ildən fəaliyyət göstərən məktəb 44 illik fəaliyyəti dövründə ilk dəfədir ki, əsaslı şəkildə təmir olunub. Burada Azərbaycan və rus bölməsi fəaliyyət göstərir. Hazırda 1176 yerlik məktəbdə 716 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 83 müəllim məşğul olur.
Qeyd edək ki, məktəb istilik sistemi ilə tam təchiz olunub. Başçı və ictimaiyyət nümayəndələri  müasir standartlara cavab verən müxtəlif fənn kabinetlərinə, laboratoriyalara, idman zalına, akt zalına, kompüter otağı, mətbəxə baxış keçiriblər.
Məktəbin təmirinə ötən ilin aprel ayından başlanılmışdı.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top