
Türkiyə Cümhuriyyəti tarixində ixracat rekordu müəyyən edilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib. Onun sözlərinə görə, qlobal mənada bütün neqativ hadisələrə baxmayaraq, 2018-ci ildə Türkiyənin ixracatı 7,1% artaraq 168,1 milyard dollara çatıb: “Cümhuriyyət tariximizin ən yüksək illik ixracatı həyata keçirilib”. Nazir qeyd edib ki, ötən il Türkiyənin idxalı 4,6% azalaraq 223,1 milyard dollar təşkil edib: “2018-ci ildə ixracatımızın ixdala nisbətən faizi bir əvvəlki illə müqayisədə 8,2 bənd artaraq 75,3 faiz səviyyəsinə çatıb”.
Tətbiqimizi yükləyə bilərsiniz