
Fransanın şimalında quşçuluq fermasında baş vermiş yanğın nəticəsində 30 mindən çox cücə ölüb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, yanğına səbəb fermadakı samanın alışması olub. Yanğın 1,5 min kvadratmetr sahəni əhatə edib. 31 min cücə yanğının qurbanı olub. Yanğınsöndürənlər alovun digər obyektlərə yayılmasının qarşısını alıb.