
Bayram günlərində bir küçədə 3 evdən oğurluq edilib. Hadisə Tovuzda baş verib. Naməlum şəxs və ya şəxslər Nəriman Nərimanov küçəsindəki üç evdən oğurluq ediblər. Dekabrın 31-i və yanvarın 1-də gecə evlərə girən şəxslər oradan müxtəlif ərzaqlar və əşyalarla yanaşı, nağd pul da aparıblar.
Naməlum şəxslər həyətlərdən toyuq-cücəni də oğurlayıblar.
Sakinlər oğurluq hadisələri ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə müraciət ediblər. Şöbədən bildirildi ki, faktlarla bağlı araşdırma aparılır.(XəzərTv)