Ağstafada ər-arvadı güllələməkdə təqsirləndirilən çobanın məhkəməsi başlayıb


Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafada ər-arvadı güllələməkdə təqsirləndirilən Misir İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il Ağstafa rayonunun Qarayazı qəsəbəsində baş verib. Qəsəbə ərazisində yerləşən fermada çoban işləyən qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.İbrahimov münaqişə zəminində tüfəngdən iki dəfə atəş açaraq oranın sahibi Sakit Nəsibova və arvadı Şərifə Həmşəyevaya xəsarət yetirib.

Nəticədə S.Nəsibov hadisə yerində ölüb, Ş.Həmşəyeva yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.(report)

DİGƏR XƏBƏRLƏR

Top