Səudiyyə Ərəbistanı Qaşıqçı cinayətinə görə 5 nəfərə edam cəzası istədi



Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi işi üzrə ilk iclasın keçirilməsini elan edib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Krallığın Baş Prokurorluğu bəyanat verib.

Bəyanatda qeyd edilir ki, ilk dinləmələr Ər-Riyadın cinayət məhkəməsində aparılacaq. İlk iclasda jurnalistin qətlində iştirak etməkdə şübhəli bilinə 11 nəfər məhkəmə qarşısına çıxacaq. Sənədə əsasən, Səudiyyə Ərəbistanının Baş Prokurorluğu sözügedən iş üzrə ittiham olunan 5 nəfər edam cəzası istəyib.

Bildirilir ki, bu iş üzrə Türkiyə məhkəməsinə mövcud dəlillələrin göndərilməsi xahişi ilə sorğu göndərilib, lakin indiyədək cavab alınmayıb. Prokurorluqdan deyiblər ki, jurnalistin qətlində əlaqəsi olan bir neçə şəxsə qarşı araşdırma davam edir.

DİGƏR XƏBƏRLƏR

Top