Maşın bazarında bu maşınları satmaq olmayacaq - Yeni SƏNƏD


Azərbaycanda texniki reqlamentlərə cavab verməyən nəqliyyat vasitələrinin satışının qarşısı alınacaq. Yeniavaz.com xəbər verir ki, bu, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, texniki reqlamenlərə cavab verməyən nəqliyyat vasitələrinin, onların ehtiyat hissələrinin, ləvazimat və istismar materiallarının Azərbaycana idxalının, satışının, istifadəsinin, habelə sair formada dövriyyəsinin qarşısının alınması üçün zəruri tədbirlər görüləcək. Bu məsələlərlə bağlı işlər Dövlət Gömrük Komitəsi (idxalı hissəsində), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə həvalə olunub.
Bundan əlavə, nəqliyyat vasitələrinə, onların ehtiyat hissələrinə, ləvazimat və istismar materiallarına dair Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə uyğun texniki təhlükəsizlik və ekoloji reqlamentlər hazırlanması və tətbiq edilməsi nəzərdə tutulur.
Proqramda nəzərdə tutulan bir başqa yenilik isə aktiv, passiv, ekoloji və qəzasonrası təhlükəsizliyi yüksək olan nəqliyyat vasitələrinin Azərbaycana idxalının, ölkə ərazisində alqı-satqısının, habelə sair formada dövriyyəsinin stimullaşdırılması üçün tədbirlər görülməsi və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsidir. Nazirlər Kabineti digər müvafiq dövlət qurumları ilə birgə  bu işi reallaşdıracaq.

DİGƏR XƏBƏRLƏR

Top