Dollar son 3 ildə ilk dəfə 71 rublu ötdü


Moskva birjasında dollar rubl qarşısında bahalaşraq 71 rublu ötüb.
Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, 1 dollar 71,45 rubl təşkil edib. Sonuncu dəfə dolların məzənnəsi 2016-cı il martın 16-da 71 rubl səviyyəsini ötmüşdü. Son günlər neftin qiymətlərinin düşməsi, eləcə də ABŞ tərəfindən sanksiyaların genişləndirilməsi riskləri fonunda rubl zəifləşməsi müşahidə olunur. Belə şəraitdə beynəlxalq investorlar rubl aktivlərinə qoyuluşları azaldıbıar və valyutaya keçiblər.  Mərkəzi Bankın Maliyyə Nazirliyi üçün valyuta alışını bərpa etmək planları da narahatlıq doğurur.

DİGƏR XƏBƏRLƏR

Top