Bakıda Velosiped DAYANACAQLARI olacaq - Yenilik


Bakıda velosiped zolaqları və duracaqları yaradılacaq. Yeniavaz.com xəbər verir ki, bu "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, avtomobil yollarında və küçəyol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilərin müəyyən ediləcək, bununla bağlı müvafiq təkliflər hazırlanacaq və tədbirlər görüləcək.
Bu iş Daxili İşlər Nazirliyinə və Bakı şəhərinin inzibati ərazisində - Bakı Nəqliyyat Agentliyinə tapşırılıb.
Sözügedən işə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, yerli icra hakimiyyəti orqanları da cəlb olunacaq. Bu ildən start veriləcək bu iş 2023-cü ilədək tam yekunlaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top