ABŞ Əfqanıstandan 7 min əsgərini çıxarır


ABŞ Əfqanıstanda hərbi mövcudluğunu iki dəfə azaltmaq niyyətindədir, lakin “Taliban” radikal hərəkatının silahlılarına qarşı reydlər keçirmək üçün orada xüsusi təyinatlı qoşunların zərbə qruplarını saxlayacaq.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Pentaqondakı mənbə deyib.
Onun sözlərinə görə, Əfqanıstandakı ABŞ və NATO qoşunlarının komandanı general-leytenant Skott Miller hazırda orada dislokasiya edilmiş 14 min hərbçidən 7 minini vətənə göndərməyi planlaşdırır. Bunu  növbəti 8-12 ay ərzində etmək planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top