Fransada polislər "sarı jiletlər" hərəkatının nümayəndəsi Erik Drue həbs ediblər.
E.Druenin saxlanılmasına səbəb Parisdə sanksiyalaşdırılmamış etiraz aksiyasının keçirilməsi olub.
Bildirilir ki, E.Drue yerli vaxtla saat 21:00-a yaxın Razılıq meydanında saxlanılıb.
Saxlanılan şəxsin vəkili bildirib ki, E.Drue şəhərin mərkəzində "sarı jiletləri" gösdükdən sonra onlara qoşulub. Onunlar birlikdə daha bir neçə nəfər saxlanılıb: "Bu qanunsuz həbsdir".
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.
Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb. (Trend)