Rusiyada partlayış nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb - YENİLƏNİB​


Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının girişinin uçması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Yeniavaz.com Ruisya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***01:15

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda ölənlərin sayı 33 nəfərə çatıb.

Yeniavaz.com "RİA Novosti”yə istinadən xəbər verir ki, ölənlərdən 6-sı uşaqdır.

Artıq 21 nəfərin cəsədinin kimliyi müəyyənləşdirilib. Ona yaxın insan hələ də itkin sayılır.

 



***20.24

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Bu barədə "RİA Novosti"yə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

FHN-nin nümayəndəsi deyib: "Dağıntılar altından artıq 24 nəfərin meyit çıxarılıb".

***20:15
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Bu barədə "TASS"a Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

FHN-nin nümayəndəsi deyib: "Dağıntılar altından 22-ci meyit çıxarılıb".

Qeyd edilir ki, daha 19 nəfərin axtarışları davam etdirilir.

***16:15
Rusiyanın Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 21 nəfərin taleyi isə məlum deyil. Qeyd edək ki, evin dağıntıları altında 5 uşaq qalır. (Report)

***13:30
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 18-ə çatıb. Bundan başqa, dağıntılar altında 23 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib. O, ölənlərdən ikisinin azyaşlı olduğunu bildirib. Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir. Xatırladaq ki, dekabrın 31-i gecə saatlarında Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

(Oxu.az)

***09:50
Rusiyanın Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi tərəfindən Çelyabinsk vilayətində yaradılan operativ qərargah məlumat yayıb. 

Dağıntılar altından 11 meyit çıxarılıb. 30-dan çox insanın taleyi hələ də məlum deyil.

Qeyd edək ki, ötən il dekabrın 31-də Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb. Hadisə yerinə Rusiyanın Prezidenti Vladimir Putin baş çəkib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top