Məşhur futbolçu “Monako”ya keçir


İngiltərənin “Çelsi” klubunun futbolçusu Sesk Fabreqas karyerasını Fransa təmsilçisi “Monako”da davam etdirməyə yaxındır.

31 yaşlı ispaniyalı yarımmüdafiəçi sabiq komanda yoldaşı, hazırda “Monako”nun baş məşqçisi olan Tyerre Anrinin rəhbərliyi altında çıxış etmək istəyir.

Transferin gələn həftə rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, Fabreqas karyerası ərzində İngiltərənin “Arsenal” və İspaniyanın “Barselona” komandalarının da formasını geyinib. O, 2014-cü ilin yayında “Çelsi” ilə 5 illik müqavilə bağlayıb və hazırda əsas heyətə düşməkdə çətinlik çəkir. (Report)

DİGƏR XƏBƏRLƏR

Top