Ronaldu yenidən Portuqaliya yığmasının heyətinə qayıdacaq


Turinin "Yuventus" futbol klubunun hücumçusu Kriştian Ronaldu bildirib ki, 2019-cu ildə Portuqaliya seçməsinin heyətində çıxış etmək üçün yığma komandaya qayıdacaq.

"2019-cu ildə yenidən Portuqaliya yığmasının məşqçi qərargahının sərərəncamına qayıtmaq niyyətindəyəm. Bizim bu mövsümün birinci hissəsində mənim yığmanın heyətində matçlarda iştirak etməyəcəyimə dair razılaşmamız vardı", - deyə Ronaldu bildirib.

33 yaşlı hücumçu 2018-ci ilin futbol üzrə dünya çempionatından sonra bildirmişdi ki, yeni klubla əlaqədar bir müddət milli komandada çıxış etməyəcək. 

Qeyd edək ki, Ronaldu İtaliya çempionatının bombardirlər siyahısında liderliyə yüksəlib.(Report)

DİGƏR XƏBƏRLƏR

Top