Gürcüstanda Yeni il gecəsi bir neçə uşaq əl barmaqlarını itirib


Gürcüstanda pirotexniki vasitələrdən ehtiyatsız istifadə nəticəsində onlarla insan yaralanıb.

Yeniavaz.com AZƏRTAC xəbər verir ki, ən çox yaralı paytaxt Tbilisidə qeydə alınıb. Yeni il gecəsində 12 nəfər paytaxt sakini pirotexniki vasitələrdən ehtiyatsız istifadə etdiyi üçün xəstəxanaya çatdırılıb. Əsasən 6 yaşdan 14- yaşadək olan uşaqların bəzilərinin əl barmaqları kəsilib, bəzilərinin əl sümükləri sınıb, bəzilərinin isə bədənlərinin müxtəlif hissələri yanıb.

Batumidə, Kutaisidə və Rustavidə ümumilikdə 20-dən çox uşaq pirotexniki vasitədən ehtiyatsız istifadə nəticəsində yaralanıb. Onların da bəzilərinin barmaqları kəsilib.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktlarla bağlı araşdırmaya başlayıb. Yaxın günlərdə ölkədə pirotexniki vasitələrin açıq satışının qadağan ediləcəyi gözlənilir. Nazirlik artıq bununla bağlı qərar layihəsi hazırlayıb.

DİGƏR XƏBƏRLƏR

Top