Mərkəzi Bankın 2019-cu il bəyanatı nə vəd edir?


Mərkəzi Bank 2019-cu il üçün pul- kredit siyasəti ilə bağlı planlarını açıqlayıb. Yeniavaz.com xəbər verir ki, iqtisadçı Rövşən Ağayev qurumun planlarını belə şərh edib: 
"1. İnflyasiyanı aşağı həddə saxlamaq əsas vəzifə olacaq. Bu həm də o deməkdir ki, manatın məzənnəsini mümkün olduğu qədər sabit saxlamaq əsas hədəf olacaq. Bəyanatda yazılan bir cümlədən bunu açıq görmək olur: manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsirindən daha yüksəkdir. Neftin kəskin ucuzlaşması (40-45 dollaraq qədər) baş verməsə, məzənnə sabitliyini təmin etmək üçün Mərkəzi Bank üçün o qədər də problem olmayacaq.
2. Pul-kredit siyasəti yumşaldılmayacaq. Yəni biznes və ev təsərrüfatları gələn il də ucuz və asan əldə edilə bilən resurslardan gözünü yığsın.
3. Mərkəzi Bank öz resurslarını real sektora satıb para qazana bilməyən bank sektoruna dəstəyini daha da artırmağı planlayır.
Son 3 ildə Mərkəzi Bank depozit hərracları və notlar vasitəsilə kommersiya banklarından cəlb etdiyi resurslarla sektora böyük dəstək verir. Lakin bu alətlər əsasən qısamüddətli (28 gün) ərzində banklardan vəsaitin cəlbini nəzərdə tutur. Bəyanatdan isə aydın olur ki, Mərkəzi Bank daha uzunmüddətli likvidlik alətlərilə banklara dəstəyə hazırlaşır".

DİGƏR XƏBƏRLƏR

Top