Bayramın səhərisi əmisigilə pay aparan Rövşənin dəhşətli xəbəri yayıldı - FOTOLAR


Bu gün səhər saatlarında Saatlı rayonunda dəhşətli yol qəzası baş verib. Yeniavaz.com saytı xəbər verir ki, hadisə rayonun Nabatkənd kəndində qeydə alınıb.
Sakinlərin saytımıza verdikləri məlumata görə, bu gün saat 11-12 radələrində əmisigilə gedən kənd sakini Rövşən Elşad oğlu Həsənovun avtomobili sürüşərək su kanalına düşüb.
Sakinlərin dediyinə görə, bu gün yağış yağdığından yer sürüşkən olub və sürücü körpünün üzərində idarəetməni itirib, maşın kanala aşıb.
Sürücü idarə etdiyi "VAZ-21015" markalı avtomobildən çıxa bilməyib və boğularaq ölüb.
Onun əmisinin ailəsi ilə görüşməyə getdiyi və pay apardığı bildirilir.
Mərhumun 27 yaşı var idi. O bir neçə ay əvvəl ailə həyatı qurmuşdu və bu yaxınlarda övladı dünyaya gələcəkdi.
Faktla bağlı araşdırma aparılır.


DİGƏR XƏBƏRLƏR

Top