Rusiyada dağılmış binanın altında uşaq çığırtısı eşidildi - 11 aylıq körpə sağ tapıldı - VİDEO

Xəbər verdiyimiz kimi, Rusiyanın Çelyabinck vilayətinin Maqnitoqorsk şəhərində 10 mərtəbəli binanın bir bloku təbii qazın partlaması nəticəsində uçulub.

“Mash” telegram-kanalı xəbər verir ki, hadisənin üstündən 1 sutka keçdikdən sonra dağıntıların altından sağ qalmış 11 aylıq körpə xilas edilib.

Mənbəyə görə, xilasediliclər uşaq çığırtısı eşidiblər və həmin hissəni cəld təmizləyərək, körpəni xilas ediblər. Bildirilir ki, uşağın sağ qalmasına möhkəm geydirilməsi və hadisə vaxtı çarpayısında olması səbəb olub. O, təcili olaraq xəstəxanaya çatdırılıb.

Dağıntıların altından bu dəqiqəyə kimi 8 nəfərin cəsədi çıxarılıb. Daha 5 nəfər yaralı xəstəxanadadır. 30-a yaxın adamın taleyindən xəbər yoxdur.


(virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top