Mingəçevirdə əlində fişəng partlayan yeniyetmə Bakıya göndərilib


Mingəçevir şəhərində əlində pirotexniki vasitə partlayan yeniyetmənin vəziyyəti ağır olduğundan Bakıya göndərilib. 

İki gün əvvəl 2007-ci il təvəllüdlü Yusif Sadıq oğlu İsmayılovun əlində fişəng partlayıb. 

Nəticədə 12 yaşlı yeniyetmənin sol gözü zədələnib.
O, müayinə və müalicəsinin davam etdirilməsi məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yerləşdirilib. 
(Report)

DİGƏR XƏBƏRLƏR

Top