Ermənilər Azərbaycanın İranla dövlət sərhədinə xaç qoydular


Daha bir Yeni ilin bizsiz qarşılandığı, ermənilərə işğal etdirilmiş ərazilərimizin cənubundakı yaşayış məntəqələrindən birində xaç abidəsinin açılışı keçirilib.
Bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Məlumata görə, işğalçı Ermənistanın müdafiə naziri  David Tonoyan və Azərbaycan ərazisində qondarılmış separatçı-terrorçu rejimin “müdafiə naziri”  hesab edilən Karen Abramyan qurumun “cənub sərhədindəki” qanunsuz hərbi hissələri ziyarət edib. Çox güman ki, söhbət işğal altındakı  Cəbrayıl rayonunun Azərbaycan- İran sərhədində yerləşən kəndlərindən birindən gedir. İşğalçı ordu rəhbərləri  erməni hərbçiləri təbrik etməklə yanaşı,  İranla sərhədə yaxın məkanda növbəti xaç abidəsinin açılışını da ediblər.  Onlar Xankəndindəki “mərkəzi hərbi hospital”dakı yaralılara da baş çəkiblər.
(Moderator.az)

DİGƏR XƏBƏRLƏR

Top