Daha bir ölkə sellofan paketlərdən imtina etdi: insanı xəstə edir


Cənubi Koreyada supermarket və ticarət nöqtələrində plastik paketlər qadağan olunacaq.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məhdudiyyətlər 2019-cu ilin yanvarın 1-də qüvvəyə minəcək və 11 min supermarket, eləcə də iki minə yaxın outletə aid ediləcək.

Bundan sonra ölkədə alıcılara plastik paketlər əvəzinə kağız və parça paketlər təqdim ediləcək.

Plastik qablaşdırma yalnız ət və balığa icazə veriləcək.

Qadağanı pozan mağazaları 2,6 min dollar məbləğində cərimə gözləyir. 

Qeyd edilir ki, gələcəkdə qadağa camaşırxanalara da aid ediləcək.
(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top