Mingəçevirdə daha bir evdə yanğın olub


Mingəçevirdə daha bir evdə yanğın olub.

Baş verən yanğında xəsarət alanlar var.  Hadisə Günəşli yaşayış massivində baş verib. 

Belə ki, massivin 6 cı küçəsində yerləşən fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. 

Hazirda yanğının söndqrülməsi üçün tədbirlər görülür. 

Hadisə nəticəsində  evdən təxliyə olunan ailə üzvləri massivin digər üvlərindən birinə gətirilib. İlkin məlumata görə 4 nəfər xəsarət alıb yaxud tüstüdən boğulub. Onlara yerləşdirildikləri ünvanda təcili yardım briqadası əməkdaşları yardım edir.

Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top