Putin təcili Maqnitoqorska uçdu - VİDEO

Rusiya prezidenti Vladimir Putin Maqnitorska gəlib.

Kremlin mətbuat xidməti bildirir ki, Rusiya dövlətinin başçısı gələn kimi hadisə rayonunda yaradımış Operativ qərargaha gedib.

Prezidentlə paralel Rusiya Federasiyası İstintaq komitəsinin başçısı Aleksandr Bastrıkinin də Maqnitoqorska uçduğu bildirilir.

Səhiyyə Nazirliyinin yerli şöbəsindən bildiriblər ki, dövlət başçısı qaz partlamasından zərər çəkənlərə baş çəkəcək.

Xatırladaq ki, hadisə nəticəsində 4 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Rusiyanın Maqnitoqorsk şəhərində gecə, Moskva vaxı ilə saat 4-də yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb. Dağıntılar altından 10 nəfərin, o cümlədən bir azyaşlının çıxarıldığı bildirilib. Qırx səkkiz mənzilli onmərtəbəli binada yaşayan 110 sakindən 16-sı təxliyə edilib. 79 nəfərin taleyi barədə məlumat yoxdur.

Ərazidə, həmçinin təcili tibbi yardım briqadaları fasiləsiz fəaliyyət göstərirlər.

Prezident Vladimir Putin hadisə barədə dərhal məlumatlandırılıb. Dövlət başçısının tapşırığı ilə fövqəladə hallar naziri Yevgeni Ziniçev və səhiyyə naziri Veronika Skvortsova hadisə yerinə gəlib. (virtualaz.org)

 

DİGƏR XƏBƏRLƏR

Top