2019-cu ilin ilk gününün HAVASI


2019-cu il yanvarın 1-də gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 3-5°, gündüz  7-9° isti, Bakıda  gecə  3-5°, gündüz  7-9°  isti təşkil edəcək. Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % olacaq. 

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.   Ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi  əsəcək. Havanın temperaturu gecə  3° şaxtadan 2°-dək isti, gündüz  7-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz  1° şaxtadan 4°-dək isti təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top