Putin Ukrayna və Gürcüstan prezidentlərini saymadı


Rusiya prezidenti Vladimir Putin Yeni il münasibətilə dünya ölkələrinin liderlərinə təbrik məktubları ünvanlayarkən bəzi istisnalar edib.

Belə ki, Putin Ukrayna prezidenti Petro Poroşenko və Gürcüstanın yeni dövlət başçısı Salome Zurabişvilini təbrik etməyib.

Poroşenko və Zurabişvilinin adı Kremlin rəsmi saytındakı təbrik ünvanlanan siyasətçilərin siyahısında yoxdur.

Hər bir siyasi liderə təbrikində Putin gələcəkdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və il ərzində həyata keçirilən layihələri müsbət dəyərləndirib. 

Lakin o, Böyük Britaniya Kraliçası II Elizabet və ölkənin Baş naziri Teresa Mayı təbrik edərkən onlara "möhkəm can sağlığı, xoşbəxtlik və uğurlar" arzulasa da, beynəlxalq münasibətlərə toxunmayıb.
 

Putin, terrorla mübarizədə və suverenliyin qorunmasında Suriya prezidenti Bəşər Əsədə hərtərəfli kömək göstərəcəyini vəd edib.

 

Rusiya lideri ABŞ prezidenti Donald Trampu təbrik edərkən, "Rusiya-Amerika əlaqələri strateji sabitliyi və beynəlxalq təhlükəsizliyi təmin edən ən mühüm amildir" qeyd edib və Moskvanın dialoqa hazır olduğunu xatırladıb. (modern.az)

DİGƏR XƏBƏRLƏR

Top