Xəzərdə azərbaycanlıların olduğu gəmi atəşə tutuldu

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Xəzərdə balıqçı gəmisinin atəşə tutulması ilə bağlı rəsmi məlumat yayıb. 

Qurumun mətbuat xidmətinin yaydığı məlumatda saxlanılan kiçik həcmli gəmidə aşkarlanan 800-dək kiloqram nərə balığının müsadirə olduğu bildirilir. 

Qeyd olunur ki, gəmi qanunsuz balıq ovu ilə məşğul olub və sərhədçilərin tələblərini yerinə yetirməkdən imtina edib. Bu səbəbdən gəmiyə atəş açılıb. Nəticədə gəmidə olan şəxslərdən bir nəfər yüngül güllə yarası alıb, ona tibbi yardım göstərilib.
 

Saxlanılan gəmidə 10 yeşik qadağan olunmuş ov alətləri, peyk rabitəsi və naviqasiya avadanlığı aşkar edilib.

Bildirilir ki, gəmidə olan dörd nəfər Azərbaycan vətəndaşı olduqlarını bildiriblər.  

Faktla bağlı cinayət işi açılıb. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top