Taksi sürücüsü polisin funksiyalarını yerinə yetirərək ziyankarı saxladı - Rusiyada


Rusiyanın Murmansk əyalətində taksi sürücüsü özünü polis kimi aparıb.

Gecə saatlarında bir avtomobil idarəetməni itirərək həmin şəxsin taksisinə dəyib və yoluna davam edib. Taksi sürücüsü və avtomobildə olan sərnişin qərara gəliblər ki, həmin avtomobili sürən şəxs sərxoşdur. Onlar içkili sürücünü saxlamaq istəyiblər. Çünki idarəetməni itirən maşın qarşısına çıxan avtomobilləri əzərək gedirmiş. Taksi sürücüsü onu saxlayana kimi daha 6 avtomobilə maddi ziyan vuran sərxoş sürücü nəhayət ki, maşını saxlayıb.

Daha sonra polis sürücünü saxlayıb. Sürücü harada və nə üçün bu qədər içdiyinə aydınlıq gətirə bilməyib. Polis sərxoş kişinin əllərinin qan içində olduğunu müşahidə edib. Hadisə ilə bağlı araşdırma başlayıb. (sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top