İraqın Təhsil naziri istefa verə bilər - 4 gün əvvəl təyin olunub


İraqın Təhsil naziri Şeyma Hiyali istefa vermək niyyətindədir. Buna səbəb nazirin qardaşı Leyt Hiyalinin İŞİD üzvü olmasıdır.

Mövzu barədə Ş. Hiyali mətbuata açıqlama verib. O, terroristlərlə əlaqəsinin sübuta yetirildiyi təqdirdə özü şəxsən istefa verəcəyini qeyd edib: "Terror, və yaxud terroçularla əlaqəm varsa, hər kəsin qarşısında baş nazir Adil Əbdülhəmidə müraciət edirəm,o, mənim istefamı qəbul edər. Terrorçu deyilən qardaşım əlinə silah alıb iraqlıları öldürməyib. Öldürənlərə də dəstək olmayıb".

Qeyd edək ki, Şeyma Hiyalı 4 gün əvvəl vəzifəyə təyin olunub. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top