
“Taliban” hərəkatının rəhbərliyi Əfqanıstan hökumətinin gələn ay Səudiyyə Ərəbistanında danışıqların keçirilməsi ilə bağlı təklifini rədd edib.
Taliblər yalnız ABŞ rəsmiləri ilə görüşə hazır olduqlarını bildiriblər.
“Biz 2019-cu ilin yanvar ayında Səudiyyə Ərəbistanında ABŞ rəsmiləri ilə görüşəcəyik və danışıqları davam etdirəcəyik. Biz bütün maraqlı tərəflərə Əfqanıstan hökuməti ilə danışmayacağımızı başa saldıq”, - deyə “Taliban”ın liderlər Şurasının üzvü deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında danışıqlarda “Taliban”, ABŞ rəsmiləri və Əfqanıstan hökumətinin nümayəndələrinin iştirakı planlaşdırılırdı.(oxu.az)