Gəncədə evdə yanğın olub, bir nəfər xəsarət alıb


Gəncə şəhərinin Kəpəz rayonunda yanğın baş verib.

Yeniavaz.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində mebel 3 m² sahədə və tavan 4 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top