Daha bir ərəb lideri Əsədlə görüşə gəlir


Mavritaniya Prezidenti Məhəmməd Vəlid Əbdüləziz 10 yanvar 2019-cu ildə Dəməşqdə rəsmi səfərdə olacaq.

Mavritaniya prezidenti bu ziyarəti ilə Suriyadakı qarşıdurmanın başladığı gündən bəri Dəməşqə səfər edən ikinci ərəb lideri olacaq.

Agentliyin mənbəsi vurğulayıb ki, Əbdüləzizin səfər tarixi daha əvvələ planlaşdırılmışdı, lakin gerçəkləşdirmək mümkün olmayıb. Əgər sözügedən səfər baş tutsaydı, Vəlid Əbdüləziz Suriyaya səfər edən birinci ərəb lideri olacaqdı.

Qeyd edək ki, Sudan Prezidenti Öməl əl-Bəşir dekabrın 16-da Suriyaya səfər edən ilk ərəb lideri olub.(axar.az)

DİGƏR XƏBƏRLƏR

Top