
Şimali Koreya lideri Kim Çen In ilk dəfə üzr istəyib. Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Kim Çen In Cənubi Koreya lideri Mun Çje İn-ə məktub göndərib. Məktubda deyilir: "Bölgəmizdə siyasəti inkişaf etdirmək üçün tez-tez görüşməliyik. Bu il içərisində gözlənilən Seul səfərimin təxirə salınmasından ötrü üzr istəyirəm".