
Yevlaxdakı qatar qəzasının başvermə səbəbi açıqlanıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Yeniavaz.com-a bildirib ki, 30.12.2018-ci il tarixində saat 03-15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci km, piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən mühərriki sönüb, həmin keçiddə qalıb və toqquşma hadisəsi baş vermişdir. Dərhal görülmüş tədbirlər nəticəsində qəzanın qarşısı alınıb. Hadisə nəticəsində heç bir xəsarət alan olmayıb.
Hadisənin nəticələri 3 saat ərzində tam aradan qaldırılıb və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti həmin ərazidə nəzərdə tutulan maksimal sürətlə fəaliyyətini tam bərpa edib. Bu səbəbdən həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib.
Bir daha qeyd edim ki, həmin istiqamət üzrə hərəkət edən qatarların hərəkəti tam bərpa olunub, heç bir mədudiyyət tətbiq olunmur və hal hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz