İsrailin təhlükəsizlik qüvvələri bu il 6489 fələstinlini saxlayıb​


İsrailin təhlükəsizlik qüvvələri 2018-ci ilin əvvəlindən keçirdiyi reyd və əməliyyatlar zamanı 6489 fələstinlini saxlayıb.

Bu barədə Fələstin Azadlıq Təşkilatının hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, onlardan 1063 nəfəri uşaq və yeniyetmələr, həmçinin 140-ı qadınlardır. Saxlanılanlar arasında 6 deputat, 38 jurnalist də var. Fələstinlilər İsrailin 22 həbsxanasında və müvəqqəti təcridxanasında saxlanılırlar.

Sənəddə həmçinin qeyd edilir ki, İsrailin həbsxanalarında müddətli cəza çəkənlərin sayı 6 min nəfərə çatıb. Onlardan 34-ü onkoloji xəstəliklərdən əziyyət çəkirlər. Fələstinli məhbusların 250 nəfəri yeniyetmələr, 54-ü qadınlardır.(report)

DİGƏR XƏBƏRLƏR

Top