Lukaşenkodan Putinə Yeni il hədiyyəsi: 4 kisə kartof və salo

 
Belarus Prezidenti Aleksandr Lukaşenko Yeni il bayramı münasibəti ilə rusiyalı həmkarı Vladimir Putinə 4 kisə kartof və yerli salo hədiyyə edib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Belarus liderinin mətbuat katibi Natalya Eysmont deyib.
 
Bu həftə A. Lukaşenko və V. Putin Moskvada iki görüş keçiriblər – çərşənbə axşamı və şənbə günü. Tərəflər əsasən enerji resurslarının qiymətlərini, Rusiyanın vergi qanunvericiliyində gözlənilən dəyişiklikləri, eləcə də İttifaq dövləti çərçivəsidə inteqrasiyanı müzakirə ediblər.
 
N. Eysmont bildirib: “Bildiyim qədəriylə Rusiya Prezidenti yaxşı salonu çox xoşlayır. Kartof Putinə xüsusi sifariş əsasında gətirilib. Kartof Prezident bostanından yığılıb”. O əlavə edib ki, A. Lukaşenko MDB liderlərinə Yeni il hədiyyəsi olaraq əl işi olan “yolka” şarları verib.  Qeyd edək ki, MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü dekabrın 6-da Sankt-Peterburqda keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top