Bloqer yersiz zarafatın qurbanı olub: GÜLLƏLƏNDİ


Pakistanli bloqer Ran Zuxayr zarafat oyunu zamanı öldürülüb.

Yeniavaz.com AZƏRTAC-a istinadla xəbər verir ki, bloqer başına döşəkağı salaraq xəyalət obrazında parkda istirahət edən adamları qorxudarkən buradan keçən bir kişi onu güllə ilə vurub. Bloqer yerindəcə keçinib.

Bildirilir ki, üç dost “YouTube”da kanal açaraq şəhərin müxtəlif yerlərində tanımadıqları adamları müxtəlif yollarla qorxudaraq bu kanalda yerləşdiriblər. Bir ay ərzində onlar 3 mindən çox abunəçi və 100 min baxış toplayıblar.

Polis Ran Zuxayrın iki dostunu təhrikçilikdə günahlandıraraq saxlayıb.

DİGƏR XƏBƏRLƏR

Top