ABŞ-Çin ticarət müharibəsi: Trampdan irəliləyiş müjdəsi

 
ABŞ Prezidenti Donald Tramp bildirib ki, şənbə günü Çin lideri Si Cinpinlə ticarət məsələləri üzrə telefon danışığı aparıb və tərəflər böyük irəliləyişə nail olublar. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə D. Tramp özünün “Twitter” səhifəsində yazıb.
 
O deyib: “Elə indicə Çinin sədri ilə uzunmüddətli və çox yaxşı söhbət etdim. Ticarət üzrə saziş çox yaxşı irəliləyir. Əgər o hazırlanacaqsa, hərtərəfli xarakter daçıyacaq və bütün mövzuları, sahələri və mübahisəli məsələləri əhatə edəcək. Böyük irəliləyiş əldə olunur”. 

DİGƏR XƏBƏRLƏR

Top