“Sarı jiletlilər” yenə Paris küçələrində: onlarla saxlanılan var

 
Polis Parisdə “sarı jiletlilər”in növbəti manifestasiyaları zamanı 57 nəfəri saxlayıb, onlardan 33 nəfər hazırda təcridxanaya yerləşdirilib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Paris polisinin prefekturası məlumat verib.
 
Məlumata görə, Parisdəki aksiyalarda 800 nəfər iştirak edib, bütün Fransa üzrə iştirak edənlərin sayı isə təqribən 12 min nəfər olub. Ümumiyyətlə isə “sarı jiletlilər”in hərəkatı enişdədir. Belə ki, noyabrın 17-də etirazların ilk ümummilli günündə 282 min nəfər iştirak etdiyi halda, bu göstərici dekabrın 15-də 66 min, dekabrın 22-də isə 38 min nəfər olub.
 

DİGƏR XƏBƏRLƏR

Top