![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/12/29/1/acd3648d-d4e8-484d-ba0c-f1e6125a3966/ereb-itkin-salim.jpg)
Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1962-ci il təvəllüdlü Salim Səid Salim dekabrın 27-də Səbail rayonu, Fəvvarələr meydanında itkin düşüb.
Yeniavaz.com DİN-ə istinadən xəbər verir ki, sonuncu dəfə əynində göy cins şalvar, qara qış gödəkçəsi və qəhvəyi rəngli papaq olub.
Şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Səbail Rayon Polis İdarəsinə, 9-cu Polis Bölməsinə (012) 437-02-02, (012) 492-02-02, (050) 776-77-44 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.