241 nəfər and içib: "Azərbaycana sadiq olacağıq"

Prezident İlham Əliyevin 241 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı Sərəncamın icrası ilə bağlı Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib. Yeniavaz.com DMX-dən verilən məlumatlara istinadən bildirir ki, Xidmətin rəisi Vüsal Hüseynov həyatlarında ən unudulmaz günlərdən birini yaşayan tədbir iştirakçılarını Azərbaycan vətəndaşı kimi şərəfli və məsuliyyətli adı daşıyacaqları ilə əlaqədar təbrik edib.

Sonra vətəndaşlığa qəbul olunan 233 nəfər və bərpa edilmiş 8 şəxs təntənəli şəraitdə dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq, Azərbaycanın dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

DİGƏR XƏBƏRLƏR

Top