Metroda bəzədilmiş retro vaqonlar xəttə buraxılıb - Yeni ilə görə


Bu gündən "Bakı Metropoliteni" QSC-nin sərnişinlərinə yeni il sürprizlərindən biri olan retro vaqonların qoşulduğu iki qatar müəyyən edilmiş qrafiklə xəttə çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qatarlardan birinə "A", digərinə "Q" tipli vaqon qoşulub.
Qatarlardan biri səhər saat 10:40-da, digəri isə 17:30 da xətdə olacaq və Qırmızı xətt ("İçərişəhər-Həzi Aslanov") üzrə hərəkət edəcək.
Qeyd edək ki, retro vaqonların qoşulduğu iki qatar yanvarın 2-dək müəyyən edilmiş qrafiklə xəttə çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top