Putinin təbriki də Koçaryanı həbsdən xilas edə bilmədi


Məhkəmə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri tərəfindən irəli sürülən vəsatəti təmin etməyib. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, sabiq prezidentin vəkilləri onun girov müqabilində azadlığa buraxılması barədə məhkəmə qarşısında vəsatət qaldırıb. Lakin, dünən məhkəmə iş vaxtının başa çatmasını əsas gətirərək bu vəsatəti təmin etməyib. Vəkillərin irəli sürdüyü vəsatətə yanvar ayının 9-da baxılacağı gözlənilir.
Məlumat üçün bildirək ki, məhkəmənin bu qərarından bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin sabiq prezidet Rober Koçaryana təbrik məktubu ünvanlayıb. Rusiya prezidenti Robert Koçaryanı Yenil İl bayramı münasibətilə təbrik edib. Məktubda Putin Koçaryana can sağlığı və ruh yüksəkliyi arzulayıb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top