Barmaqları amputasiya olunan xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhəti normaldır.
Yeniavaz.com xəbər verir ki, bu barədə yenicag.az-a aktyorun qızı Xədicə Əzizbəyli açıqlama verib: "Atamın səhhəti yaxşıdır, amma hələ də narkozun təsiri altındadır, oyanır, yenidən yatır. Lakin əməliyyat gözlənildiyindən də uğurlu keçib. O şəkər, həm də beyin xəstəsi olduğu üçün ağırlaşmaların olma ehtimalı da var. Ümid edirik ki, hər şey yaxşı olacaq. Həkimlərin dediyinə görə ayağı amputasiya olunmayacaq".