Ucarda “KamAZ” la “Opel” toqquşdu, ölən var


Ucar rayonunun Müsüslü kəndində “KamAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobili toqquşub.

Yol qəzasında bir nəfər ölüb.
Hadisə nəticəsində xəsarət alanların adları açıqlanıb.

Bu barədə Ucar Rayon mərkəzi xəstəxanasının cərrahı Zahir Salahov məlumat verib. 

O bildirib ki, hadisə nəticəsində mərkəzi xəstəxanaya üç nəfər yaralı gətirilib: “Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Məmmədov İsmayıl Oqtay oğlu, 1981-ci il təvəllüdlü Məmmədova Yeganə Aydəmir qızı, 1976-cı il təvəllüdlü Fətəliyev Füzuli Kəmaləddin oğlu xəstəxananın cərrahi şöbəsinə yerləşdiriliblər. 

Xəstələrə müvafiq olaraq sağ yanağın və sağ budun əziyi, burunun və sağ baldırın əzilmiş-cırılmış yaraları, döş qəfəsinin küt travması və sol yanağın əziyi diaqnozu qoyulub. Onların vəziyyəti stabildir”.
(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top