Yeni sürətli qatar Gəncəyə yola düşdü - Cavid Qurbanov da sərnişinlər arasındadır


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib.

Sürət qatarı saat 09:00-da Bakı Dəmiryolu Vağzalından yola düşüb. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edəcək.

Qatarın ilk sərnişinləri jurnalistlər və bir qrup deputatdır. Qonaqları Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov müşayiət edir.
Qeyd edək ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. 
(“Qafqazinfo”)

DİGƏR XƏBƏRLƏR

Top